• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn il tədiyyə balansının profisiti ikirəqəmli olacaq

Gələn il tədiyyə balansının profisiti ikirəqəmli olacaq
16.12.2022 13:18
Azərbaycan Mərkəzi Bankı enerji daşıyıcılarının cari qiymətləri bu səviyyədə qalarsa  2023-cü il üçün tədiyyə balansının (ÜDM-ə nisbətdə) ikirəqəmli profisiti olacağını  proqnozlaşdırır.

"2023-cü il üçün tədiyə balansının profisiti proqnozu dəyişməz olaraq qalır. Enerjinin cari qiymətləri qorunub saxlanılarsa, gələn il ÜDM-ə nisbətdə cari əməliyyatlar hesabının profisiti ikirəqəmli olacaq”, -  Mərkəzi Bankın faiz diapazonunun parametrləri ilə bağlı açıqlamasında bildirilib.

Mərkəzi Bank qeyd edib ki, 2022-ci ilin 10 ayı ərzində Azərbaycanın xarici ticarət profisiti 23,1 milyard dollar təşkil edib ki, bu da ötən ilin yanvar-oktyabrıı ilə müqayisədə 3,1 dəfə çoxdur.

2022-ci ilin yanvar-sentyabrında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 17 milyard 710,6 milyon ABŞ dolları (2021-ci ilin 9 ayının göstəricisindən +4,5 dəfə) və ya ÜDM-in 30,7%-ni təşkil edib.

Yanvar-sentyabrda neft-qaz sektorunda müsbət saldo 21 milyard 447,7 milyon dollar (artım 2,6 dəfə), qeyri-neft sektorunda isə 3 milyard 737,1 milyon dollar (azalma 12,1%) olub.

2022-ci ilin yanvar-sentyabrında neftin orta qiyməti 2021-ci ilin 9 ayı üçün 61,9 dollar/barrelə qarşı 106,6 dollar/barrel təşkil edib. 

Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin sonuna tədiyyə balansının cari hesabında ÜDM-in 23-25%-i səviyyəsində profisit gözləyir.

2021-ci il üçün Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 8 milyard 291,6 milyon dollar və ya ÜDM-in 15,2%-ni təşkil edib. Profisitə səbəb neftin qiymətinin yüksəlməsidir (2021-ci ildə neftin orta qiyməti bir il əvvəl 40,8 dollara qarşı 66,8 dollar/barrel olub).
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol