• $
  • €
  • ₽
  • ₺
  • £

"AzMeCo" şirkəti kimyaçı tələbələrin təhsilinə dəstək verdi

"AzMeCo" şirkəti kimyaçı tələbələrin təhsilinə dəstək verdi
07.04.2014 14:20
MDU-nun Bakı filialının kimya fakültəsinin tələbələrinə "AzMeCo" təqaüdü təqdim edilmişdir.Ötən həftə "AzMeCo" şirkəti Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin tələbələrinə növbəti təqaüdünü təqdim etmişdir. Şirkətin baş ofisində keçirilən görüş zamanı Universitetin müəllim heyəti və kimya falültəsinin tələbələri iştirak etmişlər. Moskva Dövlət Universitetinin Bakı filialının 2013-2014-cü tədris ilinin payız semestrinin və 2013-2014-cü tədris ili üçün universitetə qəbul imtahanlarının nəticələrinə əsasən, “AzMeCo” təqaüdünün Qızıl dərəcəsinə Yunusova Günay, Ağayeva Milanə, Kuzminskaya Olqa, Tahirova Səbinə, təqaüdün Gümüş dərəcəsinə isə Mədətli Nigar, Həsənov Təbriz, Suvarlı Nərmin, Əmirova Səbinə layiq görülmüşlər."AzMeCo" şirkətinin Korporativ Sosial Məsuliyyət layihələrindən biri olan bu təqaüdün hədəfi ən yüksək hazırlıqlı və müvəffəqiyyətlə oxuyan tələbələrin təhsilini dəstəkləmək, habelə ölkəmizdə neft-kimya sahəsinin gələcəyi üçün peşəkar kadrlar yetişdirilməsinə töhvə verməkdir. "AzMeCo" şirkətinin Direktorlar Şurasının sədri cənab Nizami Piriyev tələbələrlə görüşdə ölkəmizdə neft-kimya sənayesinin inkişafına xüsusi əhəmiyyət verildiyini və bu sahədə yerli gənc kadrlara böyük ehtiyac olduğunu qeyd etmişdir. O, həmçinin bildirmişdir ki, “AzMeCo” təqaüdünə layiq görülən tələbələr təhsillərini başa vurandan sonra şirkətin Qaradağda yerləşən, regionda ilk və tək olan metanol zavodunda işlə təmin olunma imkanı da qazanacaqlar. Bundan əlavə, Universitetin III-IV kurslarında oxuyan təqaüdçülər "AzMeCo" zavodunda istehsalat təcrübəsi keçə biləcəklər.Azerbaycan Metanol Şirkəti (AzMeCo) 2007-ci ildə yaradılmışdır. Şirkət neft-kimya layihələrinə sərmayə qoyur, Azərbaycanda iri layihələrin reallaşdırılmasını həyata keçirir. AzMeCo 2013-cü ildə özünün inşa etdiyi metanol zavodunu tamamlamış və istifadəyə vermişdir. Zavodun illik istehsal gücü 720 min tondur. Metanol zavodları kimya sənayesində ən təmiz və ekoloji cəhətdən zərərsiz hesab edilir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol