Azərbaycanın TAP vasitəsi ilə ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

İndiyə qədər Cənub Qaz Dəhlizi (SGC) kəmərinin tərkib hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə 19,4 milyard kubmetrdən çox təbii qaz ixrac edilib.
Bunu energetika naziri Pərviz Şahbazov "Twitter"də bildirib.
Bu gün Azərbaycanın TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstana qaz ixracına başlamasından 2 il keçir. Hazırda qazın Avropanın cənubuna nəql olunduğu kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























