• $
  • €
  • ₽
  • ₺
  • £

2022-ci ildə Bakı Fond Birjasında əqdlər üzrə dövriyyə 2,3% azalıb

2022-ci ildə Bakı Fond Birjasında əqdlər üzrə dövriyyə 2,3% azalıb
09.01.2023 16:39
2022-ci ildə Bakı Fond Birjasında (BFB) bütün alətlər (törəmə alətlər istisna olmaqla) üzrə birja əməliyyatlarının ümumi dövriyyəsi 14 milyard 947 milyon 984,521 min manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 2,3% azdır, bu barədə Bakı fondlararası birja məlumat verib. 

Əməliyyatların 8 milyard 312 milyon 835,409 min manat (artım 14,1%) dövlət qiymətli kağızları ilə əməliyyatların payına düşüb. Eyni zamanda, Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların yerləşdirilməsinin həcmi 3 milyard 63 milyon 869,241 min manat (artım 24,9%) təşkil edib. İstiqrazların ilkin bazarda yerləşdirilməsinin həcmi 2 milyard 406 milyon 752,818 min manat, təkrar bazarda isə 657 milyon 116,423 min manat təşkil edib.

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsinin həcmi 5 milyard 248 milyon 966,167 min manat (artım 8,6%) təşkil edib. Notların ilkin bazarda yerləşdirilməsinin həcmi 4 milyard 897 milyon 249,092 min manat, təkrar bazarda isə 351 milyon 717,075 min manat olub. .

2022-ci ildə BFB-nin ümumi dövriyyəsində korporativ bazarın payı 1 milyard 574 milyon 691,409 min manat (artım 1,9 dəfə) təşkil edib. Bununla yanaşı, 765 milyon 768,754 min manatı ilkin bazar, 808 milyon 922,656 min manatı təkrar bazarın payına düşüb.

O cümlədən, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKGF) istiqrazlarının yerləşdirilməsinin həcmi 1 milyard 78 milyon 608,65 min manat təşkil edib. Digər korporativ istiqrazların yerləşdirilməsinin həcmi 431 milyon 882,759 min manat, səhmlərin yerləşdirilməsi 64,2 milyon manat olub. 

2022-ci ildə repo əməliyyatlarının BFB-nin ümumi dövriyyəsindəki payı 5 milyard 60 milyon 457,703 min manat (azalma 29,7%) təşkil edib.

BFB-nin məlumatına görə, 2022-ci ilin sonuna birjanın kapitallaşması (listinqdə olan qiymətli kağızların dəyəri) 4 milyard 193 milyon 278,402 min manat təşkil edib ki, bu da 2021-ci ilin sonundakı göstəricidən 4% azdır.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol