Azərbaycan benzin və dizel yanacağı stehsalını artıracaq

Azərbaycan hökuməti 2023-cü ildə avtomobil benzininin istehsalını 1 milyon 444 min ton, dizel yanacağının isə 2 milyon 533 min ton səviyyəsində proqnozlaşdırır. Bu barədə Maliyyə və İqtisadiyyat Nazirliyinin hazırladığı 2023-cü il üçün dövlət büdcəsi barədə sənəddə bildirilir.
2024-cü ildə ölkədə benzin istehsalı 1 milyon 519,6 min tona, 2025-ci ildə 1 milyon 535,6 min tona, 2026-cı ildə 1 milyon 551,6 min tona qədər artacaq. Beləliklə, 2023-2026-cı illərdə benzin istehsalı 7,5% artacaq.
2024-cü ildə Azərbaycanda dizel yanacağının istehsalı 2 milyon 542,6 min ton, 2025-ci ildə 2 milyon 536,5 min ton, 2026-cı ildə 2 milyon 535,6 min ton həcmində proqnozlaşdırılır ki, bu 2023-2026-cı illərdə ölkədə dizel yanacağı istehsalının 0,1% artacağı deməkdir.
Bununla belə hökumət 2022-ci ildə benzin və dizel yanacağının istehsalı ilə bağlı məlumat vermir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabrında Azərbaycanda avtomobil benzininin istehsalı 1 milyon 159,5 min ton (artım 1,8%), dizel yanacağının istehsalı 1 milyon 855,5 min ton (azalma 17,1%) təşkil edib.
2021-ci ildə avtomobil benzininin istehsalı 1 milyon 259,5 min ton (artım 7,9%), dizel yanacağının istehsalı 2 milyon 403,6 min ton (artım 16,2%) həcmində olub.
Azərbaycanda benzin və dizelyanacağı istehsalı yalnız Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda həyata keçirilir. Bu müəssisə Azərbaycan DÖvlət Nefr Şirkətinin tərkibinə daxildir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























