• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ ehtiyatlarının rekord artımı ilə bağlı məlumatdan sonra neft ucuzlaşıb

ABŞ ehtiyatlarının rekord artımı ilə bağlı məlumatdan sonra neft ucuzlaşıb
11.01.2023 13:07
Ötən həftə ABŞ neft ehtiyatlatrının iki illik rekord artımı barədə məlumat verdikdən sonra neft qiymətləri davamlı şəkildə ucuzlaşır. 

Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin dəyəri ötən gün hərracların bağlandığı zamanla  müqayisədə 0,77 dollar (0,96%) ucuzlaşaraq bir barel üçün 79,33 dollar təşkil edib. Çərşənbə axşamı bu kontraktlar 45 sent (0,6%) artaraq 80,10 dollar/barelə çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında fevral ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 74,34 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,78 dollar (1,04%) aşağıdır. Son sessiyanın yekunları üzrə müqavilənin qiyməti 49 sent (0,7%) artaraq 75,12 dollar/barel olub.

Amerika Neft İnstitutunun (API) dünən açıqladığı hesabatda, ABŞ-ın ehtiyatlarının əvvəlki iki həftəyə nisbətən azaldıqdan sonra yanvarın 6-da bitən həftədə 14,9 milyon barel artdığı göstərilib. Artım 2021-ci ilin fevralından bəri ən yüksək artım olub.

İndi treyderlər çərşənbə günü saat 19:30-da Energetika Nazirliyi tərəfindən açıqlanacaq rəsmi məlumatları gözləyirlər.
 
Trading Economics-in sorğusuna qatılan analitiklər Energetika Nazirliyinin məlumatlarının neft ehtiyatlarının 2,24 milyon barel azalmasını göstərəcəyini proqnozlaşdırırlar. 

Commerzbank-ın əmtəə bazarı analitiki Carsten Fritsch bildirib ki, "Çində COVID-19-a yoluxma halları pik nöqtəyə çatdıqdan  və iqtisadi aktivlik sürətləndikdən sonra neft qiymətlərinin yenidən artacaq". 
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol