• $
  • €
  • ₽
  • ₺
  • £

İşğaldan azad edilmiş ərazilərdə dəmir yolu xəttinin işlərinin 78%-i yerinə yetirilib

İşğaldan azad edilmiş ərazilərdə dəmir yolu xəttinin işlərinin 78%-i yerinə yetirilib
16.01.2023 14:09
İşğaldan azad edilmiş ərazilərdə Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 78%-i yerinə yetirilib. Bu barədə Azərbaycan Dəmir Yolları’’ QSC 2022-ci il üzrə fəaliyyətinin yekunları barədə açıqlamasında məlumat verib
 

"2024-cü ildə yekunlaşdırılması planlaşdırılan açılmış uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 78%-i yerinə yetirilib, tikinti işlərinin isə 38%-i (53,2 km) icra edilib”, - məlumatda deyilir.
 
Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində isə 13 aşırımlı və uzunluğu 418 metr olan dəmiryol körpüsünün tikintisi üzrə işlərin 85%-i tamamlanıb
 
Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində tikinti üzrə işlərin 64%-i yerinə yetirilib.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2022-ci ildə 432 284 ton yük daşınıb və beləliklə 2017-2022-ci illər üzrə ümumi yükdaşıma həcmi 1 347 585 ton təşkil edib.
 
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 2021- ci ildən başlayaraq Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa yeni dəmir yolu xəttinin inşası işlərini davam etdirir. 

Lida
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol