Azərbaycanın maye tədarükünün artacağı proqnozlaşdırılır- OPEC

2023-cü ildə Azərbaycanın maye tədarükünün sutkada 60 min barrel artacağı proqnozlaşdırılır. Bu barədə OPEC (Neft İxrac Edən Ölkələr Birliyi) və qeyri-OPEC Nazirlərinin 33-cü Toplantısında açıqlanan aylıq hesabatda məlumat verilib.
"2023-cü ildə Azərbaycanın maye tədarükünün sutkada 60 min barrel artaraq orta hesabla 800 min barrel olacağı proqnozlaşdırılır”, - məlumatda deyilir.
Hesabatda bildirilir ki, tədarük Şahdəniz və Abşeron kondensat layihələrindən gələcək.
www.anews.az
"2023-cü ildə Azərbaycanın maye tədarükünün sutkada 60 min barrel artaraq orta hesabla 800 min barrel olacağı proqnozlaşdırılır”, - məlumatda deyilir.
Hesabatda bildirilir ki, tədarük Şahdəniz və Abşeron kondensat layihələrindən gələcək.
2022-ci ilin noyabrında Azərbaycanda maye istehsalı dəyişməz qalıb. Tədarük orta hesabla gündəlik 70 min (0,7 mb/d ) barrel olub.
2022-ci ilin 5 oktyabrında OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 milyon barrel azadılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da razılıq verib. Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel təşkil edib.
"OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən Azərbaycanda gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılmasını nəzərdə tutur.
Lida
Lida
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























