• $
  • €
  • ₽
  • ₺
  • £

"Avro-4" standartının tətbiqi kasko sığortanın qiymətinə təsir edəcək

"Avro-4" standartının tətbiqi kasko sığortanın qiymətinə təsir edəcək
03.04.2014 13:48
Azərbaycanda "Avro-4" standartının tətbiqi ölkənin sığorta bazarına bir neçə formada təsir edəcək.Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramovun “APA-Economics”ə verdiyi məlumata görə, yeni standartların tətbiqi və xaricdən daha köhnə avtomobillərin gətirilməsinin məhdudlaşdırılması nəticəsində ölkənin avtomobil parkında nisbətən yeni avtomobillərin payı artacaq: “Yeni avtomobillər isə köhnələrə nisbətən baha olduğuna görə onların kasko sığortası üzrə tariflər də bir qədər yüksək olmalıdır”. ASA sədri qeyd edib ki, adətən sığorta tarifləri köhnə avtomobillərdə daha yüksək olur: “Söhbət faiz göstəricisindən gedir. Bu, yeni avtomobillərin texniki cəhətdən daha saz vəziyyətdə olması, ona görə də qəza və ya sığorta hadisəsi riskinin aşağı olması ilə əlaqədardır. Buna görə də, nominal məbləğ kimi götürəndə sığorta tariflərində kəskin artımın olması gözlənilmir”. O. Bayramov əlavə edib ki, "Avro-4" standartlarının tətbiqinin sığorta sahəsinə digər təsiri də olacaq: “Yeni avtomobillər daha saz vəziyyətdə olduqlarından, onların park-radar və əyləc sistemi daha təkmil olduğundan, qəza hallarının yaranması ehtimalı da az olur. Nəhayət, bir məsələni də nəzərə almaq lazımdır ki, ölkəyə köhnə avtomobillərin gətirilməsinin məhdudlaşdırılması ilə eyni vaxtda avtomobil kreditləşməsində də yeni tələblər qoyulub. Nəticədə avtomobillərin kreditlə alınması məhdudlaşdırılıb - bu da avtomobillərin kəskin bahalaşmasına imkan verməyəcək”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol