• $
  • €
  • ₽
  • ₺
  • £

BP Azərbaycanda investisiyaları genişləndirmək niyyətindədir

BP Azərbaycanda  investisiyaları genişləndirmək niyyətindədir
26.01.2023 19:29
BP Azərbaycanda bərpa olunan enerji mənbələrinə (RES) investisiyaları genişləndirməyi planlaşdırır. Bunu BP-nin Xəzər və Yaxın Şərq regionunda kommunikasiyalar və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

"Heç bir halda biz bu regionda əsas sərmayələrimizi tərk etməyəcəyik və ya birtəhər azaltmayacağıq. Müvafiq olaraq, biz regionda neft-qaz layihələrimizi davam etdirərkən, həm də investisiyalar, əlaqələr və yaşıl enerji sahəsində birgə layihələr vasitəsilə bu əməkdaşlığı artırmaq niyyətindəyik. Biz ölkədə karbonsizləşdirmə planımızı Energetika Nazirliyinə təqdim etmişik. Bu, bizim tövsiyələrimizin toplusudur və biz hər zaman digər sahələrdəmüzakirələrimizi davam etdirməkdən məmnun qalacağıq”, - Aslanbəyli Azərbaycanın CBC telekanalına müsahibəsində bildirib.

Şirkətin vitse-prezidenti onu da bildirib ki, BP 2023-cü ildə Azərbaycanın Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyasının (YES) tikintisi üçün Azərbaycan hökuməti ilə yekun investisiya sazişi imzalamağı gözləyir. 

"Biz artıq Energetika Nazirliyi ilə icra müqaviləsi imzalamışıq, danışıqlar aparılır, işçi qrupu yaradılıb. Əsas kommersiya məsələləri faktiki olaraq artıq həll olunub, məsələnin texniki tədqiqi də faktiki olaraq başa çatıb. ANAMA tərəfindən potensial ərazinin  təmizlənməsi üzrə işlər aparılır. Hər şey plan üzrə gedir və həqiqətən də ümid edirik ki, bu il biz bu layihənin həyata keçirilməsi üçün növbəti addımlar atacağıq”, - Aslanbəyli bildirib.

O qeyd edib ki, növbəti addım Azərbaycan hökuməti ilə Şəfəq GES-in tikintisi üzrə yekun investisiya sazişinin imzalanması gözlənilir. 
 
"Biz çox ümid edirik ki, bu il biz lazımi addımları atacağıq ki, bu müqavilə imzalansın və müvafiq olaraq Cəbrayılın özündə fiziki işlərə başlanılsın. Biz hamımız bunun tezliklə baş verəcəyinə çox ümid edirik”, - BP-nin vitse-prezidenti bildirib.

O, həmçinin vurğulayıb ki, BP bu layihənin həyata keçirilməsindən sonra şirkətin Azərbaycanda digər bərpa olunan enerji layihələrini həyata keçirmək imkanı əldə edəcəyinə ümid edir.

Bundan əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazova istinadən məlumat verilmişdi ki, Azərbaycanın Cəbrayıl rayonunda "Şəfəq” günəş elektrik stansiyasının tikintisinə 2023-cü ildə başlanacaq, onun istismara verilməsi isə 2024-cü ildə baş tutacaq. Günəş elektrik stansiyasının ildə 500 kVt/saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir.

2021-ci il iyunun 3-də Azərbaycanın Energetika Nazirliyi ilə BP şirkəti arasında Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında İcra Sazişi imzalanıb. Layihəyə investisiyalar 200 milyon dollar həcmində qiymətləndirilir.

Saziş çərçivəsində əməkdaşlığa günəş enerjisi layihəsinin texniki və kommersiya qiymətləndirilməsi, stansiyanın dizaynı, maliyyələşdirmənin təmin edilməsi və yekun investisiya qərarının verilməsi daxildir.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol