• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Fond birjasında əməliyyatlar üzrə dövriyyə 29% artıb

Bakı Fond birjasında əməliyyatlar üzrə dövriyyə 29% artıb
06.02.2023 21:35
2023-cü ilin yanvarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əməliyyatlarının ümumi dövriyyəsi 1 milyard 472 milyon 68,514 min manat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövründən  29% çoxdur. Bu barədə BFB xəbər verib. 

Dövriyyənin 646 milyon 863,141 min manatı (+ 8,3%) dövlət qiymətli kağızları ilə əməliyyatların payına düşüb. Eyni zamanda, Maliyyə Nazirliyi tərəfindən buraxılmış istiqrazların yerləşdirilməsinin həcmi 182 milyon 342,341 min manat (+7,6%) təşkil edib. İstiqrazların ilkin bazarda yerləşdirilməsinin həcmi 140 milyon 777,826 min manat, təkrar bazarda isə 41 milyon 564,515 min manat təşkil edib.

Hesabat dövründə Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsinin həcmi 464 milyon 520,8 min manat (+ 8,6%) təşkil edib. Bununla yanaşı, ilkin bazarda notların yerləşdirilməsinin həcmi 352 milyon 577,528 min manat, təkrar bazarda isə 111 milyon 943,272 min manat təşkil edib.

Yanvarda BFB-nin ümumi dövriyyəsində korporativ bazarın payı 35 milyon 949,115 min manat (  - 2,1 dəfə) təşkil edib. 

O cümlədən, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsinin həcmi 15 milyon 598,613 min manat, digər korporativ istiqrazlarının yerləşdirilməsinin həcmi 19 milyon 647,519 min manat, səhmlərinin yerləşdirilməsi üzrə həcmi 702,984 min manat təşkil edib.

Yanvarda BFB-nin ümumi dövriyyəsində repo əməliyyatlarının payı 789 milyon 256,258 min manat (+ 1,7 dəfə) təşkil edib.

BFB-dən verilən məlumata görə, birjanın kapitallaşması (listinqdə olan qiymətli kağızların dəyəri) yanvarın sonuna 4 milyard 91 milyon 686,328 min manat təşkil edib ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 2,4% azdır.

2022-ci ildə BFB-nin dövriyyəsi 14 milyard 947 milyon 984,521 min manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 2,3% azdır. 2021-ci ildə dövriyyə 18,6% artaraq rekord həddə - 15,3 milyard manata çatıb.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol