• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Ukraynaya ixrac etdiyi çayı Azərbaycana yönəltmək istəyir

Rusiya Ukraynaya ixrac etdiyi çayı Azərbaycana yönəltmək istəyir
02.04.2014 09:12
Rusiya Ukrayna istiqamətində qablaşdırılmış çay tədarükünün mümkün azalma risklərinin qarşısını almaq üçün bu malın ixracını şaxələndirməlidir.Bu məsələdə isə ən cəlbedici Azərbaycanın çay bazarıdır. APA-nın məlumatına görə, bu barədə ötən gün mətbuat konfransında Rusiya çay və qəhvə istehsalçıları assosiasiyasının (“Rusçaykofe”) baş direktoru Ramaz Çanturiya bildirib.     Onun sözlərinə görə, hələlik Rusiyadan Ukraynaya çay tədarükünə birbaşa təhlükə olmasa da, bazar iştirakçıları iki ölkə arasındakı münaqişə fonunda bu cür riskləri nəzərə alırlar. Qeyd edək ki, hazırda Rusiyadan ixrac olunan qablaşdırılmış çayın böyük qismi – 64 faizi məhz Ukraynanın payına düşür. İkinci yeri isə Qazaxıstan tutur.  Rusiya, ümumilikdə, 2013-cü ilin yekunlarına əsasən, xarici bazarlara 8,5 min ton çay ixrac edib.     “Biz ümid edirik ki, Ukrayna bazarına ixracın azalmasını nəzərdə tutan neqativ ssenari reallaşmayacaq, lakin, məhz hazırda yeni bazarlarda aktivləşmək çox gərəkdir. Və burada bizim üçün ən cəlbedici Azərbaycanın çay bazarıdır”, deyə Çanturiya qeyd edib. Assosiasiyada əmindirlər ki, Azərbaycan istənilən halda, digər ixracçı dövlətlərin bazarlarındakı vəziyyətdən asılı olmayaraq, çox böyük maraq doğurur.   Qeyd edək ki, Rusiya şirkətləri 2013-cü ildə Azərbaycana 134 ton çay ixrac etdikləri halda, Azərbaycandan bu ölkəyə 2,9 min ton çay (əsasən qablaşdırılmış Seylon çayı) ixrac olunub. Çanturiya qeyd edib ki, Azərbaycanın çaya tələbatı 15 min ton olduğu halda ölkə plantasiyalarında cəmi 3 min ton çay istehsal olunur. Azərbaycan, Rusiya kimi, çay xammalını başqa ölkələrdən ixrac edir. “Rosçaykofe”də hesab edirlər ki, Rusiya şirkətlərinin Azərbaycanda daha geniş təmsil olunmaları üçün bütün imkanlar var.  Assosiasiyanın hesablamalarına görə, Rusiya şirkətləri Azərbaycana ildə 5-7 min çay ixrac etmək iqtidarındadırlar. Çanturiyanın sözlərinə görə,  Rusiya şirkətlərinin xarici bazarlarda iştirakının genişləndirilməsi məsələsi Assosiasiyanın Rusiya baş nazirinin müavini İqor Şuvalova ünvanladığı məktubda izah olunub. Lakin hökumət tərəfdən hələlik heç bir reaksiya verilməyib.   ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol