• $
  • €
  • ₽
  • ₺
  • £

Kənd təsərrüfatı korporativləri və sığorta fondları yaradılacaq

Kənd təsərrüfatı korporativləri və sığorta fondları yaradılacaq
01.04.2014 19:43

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Azərbaycanda kənd təsərrüfatı korporativləri və sığorta fondlarının yaradılmasını nəzərdə tutub.

Bunu “APA-Economics”ə açıqlamasında KTN yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin baş direktor müavini Abbas Qaracayev bildirib.

 

“Əfsuslar olsun ki, kənd yerlərində yaşayan əhalinin, fermerlərin xeyli hissəsi kreditlərdən bəhrələnə bilmir. Bunun səbəbi isə odur ki, kredit alarkən onu girovla təmin edə bilmirlər. Digər tərəfdən, rayonlarda olan girov kimi təqdim olunan əmlakların likvidliyinin çox aşağı olması ilə bağlıdır. Yaranmış vəziyyətdə təcrübə göstərir ki, likvidlik məsələsi artıq problem olaraq qalır. Çıxış yolu xarici ölkələrdə olduğu kimi, kənd təsərrüfatı korporativlərinin, bu sahə ilə məşğul olan sığorta fondunun yaradılmasından ibarətdir”, - deyə A.Qaracayev əlavə edib.

 

Nazirlik rəsmisi onu da qeyd edib ki, artıq bu layihə yeni hazırlanan kənd təsərrüfatı strategiyasında öz əksini tapıb. Hazırda nazirlik qurumun xətti ilə təsərrüfat subyektlərinə kreditlərin verilmə prosedurunun sadələşdirilməsi üzərində iş aparır: “Azərbaycanda hər bir təsərrüfat subyekti Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 200 min manata qədər kredit götürə bilər. Bu kreditin faiz dərəcəsi illik 7% təşkil edir. Bu məbləğ 5 ilə ödənilir və maksimum güzəşt müddəti 2 ildir. Hazırda bu prosedurun sadələşdirilməsi üçün işlər aparılır. Əsas vurğunun kiçik və orta fermerlərə vurulmasına çalışırıq.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol