• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” 4G şəbəkəsi Naxçıvanda!

“Nar” 4G şəbəkəsi Naxçıvanda!
09.02.2023 12:13
"Nar” 9 fevral 2023-cü il tarixindən etibarən Naxçıvan Muxtar Respublikasında 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.  Artıq Naxçıvanda yaşayan "Nar” abunəçiləri yüksək sürətli və dayanıqlı mobil internetdən yararlana biləcəklər.

"Müştəri məmnuniyyəti hər zaman işimizin təməlində dayanır. Bu mənada, yüksək keyfiyyətli mobil rabitə xidmətlərinin yalnız paytaxt Bakıda deyil, eləcə də bölgələrdə təqdim edilməsi "Nar” üçün xüsusi önəm daşıyır. ”, - deyə "Nar”ın Baş İcraçı direktoru Qunnar Panke bildirib. 

Hal-hazırda "Nar” 4G şəbəkəsi havalimanı ərazisi də daxil olmaqla, Naxçıvan şəhərini, o cümlədən Şahbuz rayonunda yerləşən Ağbulaq istirahət mərkəzini əhatə edir. Mobil operator bu ilin sonunadək Muxtar Respublika ərazisində 4G baza stansiyalarının sayını iki dəfə artırmağı planlaşdırır. Qeyd edək ki, ölkə üzrə "Nar” şəbəkəsi ərazinin 98,1%-ni, əhalinin isə 99,8%-ni əhatə edir.

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol