• $
  • €
  • ₽
  • ₺
  • £

2022-ci ildə BTC ilə neft nəqli 14% artıb - BTC Co

2022-ci ildə BTC ilə neft nəqli 14% artıb - BTC Co
09.02.2023 17:07
2022-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixrac edilən neft və qaz kondensatının həcmi 30 milyon ton (təqribən 224 milyon barel) təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 13,6% çoxdur. Bu barədə BTC Co məlumat verib. 

"2022-ci ildə Ceyhan limanından 305 tanker yola salınıb. Ümumiyyətlə, BTC neft kəməri 2006-cı il iyunun 4-də istismara veriləndən 2022-ci ilin sonuna kimi  Ceyhan limanından 5244 tanker yola salınıb.  Bu müddət ərzində BTC vasitəsilə dünya bazarlarına 531 milyon tondan çox neft (3,99 milyard barel) çatdırılıb”, -  şirkət bildirilib.

BTC Co şirkətinin məlumatına görə, BTC Co-nun 2022-ci ildə BTC layihəsi üzrə xərcləri 2021-ci illə müqayisədə 17% azalaraq 127 milyon dollara düşüb. Eyni zamanda, 2022-ci ildə kəmərin istismarı üçün əməliyyat xərcləri 100 milyon dollar  (- 16% ), əsaslı xərclər – 27 milyon dollar (-20,6%) təşkil edib.

Layihənin səhmdarları  BP (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); ExxonMobil (2,5%), Itochu (3,4%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGC Videsh (2,36%) şirkətləridir.

Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və "Şahdəniz” yatağından hasil edilən qaz  kondensatı ixrac edilir. BTC həmçinin Xəzər regionunun digər ölkələrindən, xüsusən də Qazaxıstan və Türkmənistandan neft və qaz  kondensatı nəql edir.

BTC neft kəmərinin uzunluğu 1768 km-dir ki, bunun da 443 km-i Azərbaycanda, 248 km-i Gürcüstanda, 1077 km-i Türkiyədədir. Boru kəmərinin ötürmə qabiliyyəti sutkada 1,2 milyon barel təşkil edir. 
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol