• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək göstərdi

Kapital Bank Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək göstərdi
09.02.2023 19:25
Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb. Dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə dəstək məqsədilə Kapital Bank tərəfindən yaradılan Qırmızı Ürəklər Fondu "Türkiyə üçün bir ürək olaq!” adlı yardım vəsaitinin toplanılması aksiyasına start verib.

Hal-hazırda davam edən aksiya çərçivəsində bankın əməkdaşları, ölkədə və xaricdə yaşayan bir çox soydaşlarımız, həmçinin müxtəlif şirkətlərin ianələri hesabına cəmi bir gün ərzində artıq 200 000 manatdan çox vəsait toplanılıb. Aksiyaya dəstək olmaq üçün https://redhearts.az saytı, Birbank rəqəmsal bankı, eləcə də Kapital Bank-ın ödəniş terminalları vasitəsilə Qırmızı Ürəklər Fonduna ianə edərək, bu təşəbbüsə siz də qoşula bilərsiniz. Toplanan vəsaitlər Türkiyədə fəaliyyət göstərən Ahbap xeyriyyə fondu vasitəsilə zəlzələ qurbanlarına yardım üçün istifadə olunacaq.

Qeyd edək ki, zəlzələ zamanı zərərçəkmiş şəxslərə dəstək məqsədilə PAŞA Holding və Kapital Bank da daxil olmaqla onun törəmə şirkətləri Türkiyənin iki önəmli yardım fonduna — Ahbap və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) hər birinə 500 000 ABŞ dolları olmaqla vəsait ianə ediblər.

Kapital Bank hadisə nəticəsində doğma və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa və səbir diləyir. Qardaş xalqın kədəri, bizim kədərimizdir. Başın sağ olsun, Türkiyə!

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol