• $
  • €
  • ₽
  • ₺
  • £

38 minədək yeni iş yerinin yaradılacağı nəzərdə tutulub - NAZİR

38 minədək yeni iş yerinin yaradılacağı nəzərdə tutulub - NAZİR
10.02.2023 18:31
2016-2022-ci illər ərzində 470-dən çox sahibkarlıq subyektinə 570-dən artıq investisiya təşviqi sənədi verilib, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov şəxsi hesabında yazıb.

O bildirib ki, sahibkarların həyata keçirəcəkləri layihələr nəticəsində 5,5 milyard manatdan çox investisiya yatırılacaq. 
 
"38 minədək yeni iş yerinin yaradılacağı nəzərdə tutulub. Layihələrin 14%-i Bakı şəhəri və ətraf qəsəbələrin, 86%-i isə regionların payına düşür”,- nazir vurğulayıb.
 
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ildə Azərbaycanda 33 min 511 yeni iş yeri açılıb. İş yerlərinin 92 faizi qeyri-dövlət sektorunda yaradılıb.
 
Yeni açılmış iş yerlərinin 81,1 faizi Bakı şəhərinin, 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 18,5 faizi digər regionların, o cümlədən 3,9 faizi Abşeron-Xızı, 2,6 faizi Şəki-Zaqatala, 2,1 faizi Gəncə-Daşkəsən, 2 faizi Quba-Xaçmaz, 2 faizi Şirvan-Salyan, 1,2 faizi Lənkəran-Astara, 1 faizi Qarabağ, 1 faizi Qazax-Tovuz, 0,9 faizi Mərkəzi Aran, 0,8 faizi Mil-Muğan, 0,6 faizi Dağlıq Şirvan, 0,4 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
 
Yeni açılmış iş yerlərinin 9,4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,7 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,4 faizi isə digər tədbirlər üzrə yaradılıb.
 
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 21,8 faizi tikinti, 19,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,3 faizi emal sənayesi, 8,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi peşə, elmi və texniki fəaliyyət, 5,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi informasiya və rabitə, 12,1 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
 
Bununla yanaşı, 2022-ci ilin altı ayı ərzində ölkədə 4,3 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 43,2 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 44,8 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 55,2 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol