Ələt Azad İqtisadi Zonasının ərazisi genişləndiriləcək

Azərbaycan prezidenti İlham Əliyev cümə günü Ələt Azad İqtisadi Zonasının (AİZ) fəaliyyətinin təmin edilməsi məqsədilə əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisində yerləşən ümumi sahəsi 635,1 hektar olan dövlət torpaq sahəsi Ələt AİZ-in sərəncamına verilir.
Sənədin mətni dövlət başçısının saytında dərc olunub.
2021-ci il iyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyev Ələtdə Azad İqtisadi Zonanın təməlqoyma mərasimində iştirak edib. AİZ-in ümumi sahəsi 850 hektar təşkil edirdi.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























