• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan xidmətlərin ixracını artırmalıdır - Cabbarov

Azərbaycan xidmətlərin ixracını artırmalıdır - Cabbarov
10.02.2023 23:50
Azərbaycan xidmət ixracını artırmalıdır - Cabbarov

2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirlərinin 50%-ni qeyri-neft sektoru təmin edib.Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"2022-ci ildə neft və qazın qiymətlərində müsbət dinamikanın çox yüksək olmasına baxmayaraq, Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 50%-i qeyri-neft sektorunun payına düşür", - Cabbarov cümə günü "Heydər Əliyev və Azərbaycan vergisi" konfransındaçıxışı zamanı  bildirib. 

Qeyri-neft ixracının həcminə gəlincə, nazir bu istiqamətdə hələ görüləsi işlərin olduğunu vurğulayıb.
 
"Keçən il qeyri neft sektorunda göstərici 3 milyard dollara çatıb, lakin bizim ümumi ixracımızla  müqayisədə bu, çox da böyük göstərici deyil. Eyni zamanda dinamikaya nəzər salsaz, üç il əvvəl biz 1,7 milyard dollardan danışırdıq, indi isə 3 milyard dollara çatmışıq.Təbii ki, məqsədimiz bu yüksək templəri saxlamaqdır ”, - Cabbarov bildirib.

Onun sözlərinə görə, xidmət ixracının artırılması vacibdir. 
 
"Xüsusən də geosiyasi və geoiqtisadi dəyişikliklər baş verən zaman xidmət ixracı da bu məsələdə mühüm rol oynayır. Xüsusilə, Azərbaycanın bir çox ölkələr, xüsusən də Mərkəzi Asiya ölkələri üçün yeganə və dayanıqlı tranzit marşrutuna çevrilməsi maraq kəsb edir”, -  nazir vurğulayıb.

2022-ci ildə Azərbaycandan qeyri-neft ixracı rekord həddə - 3 milyard 47,7 milyon dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 12,3% çoxdur.

2027-ci ilədək qeyri-neft ixracının 5 milyard dollar səviyyəsinə çatdırılması qarşıya məqsəd qoyulub.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol