Azərbaycan neftinin Ceyhandan daşınması bərpa edildi

Azərbaycan neftinin Türkiyənin Ceyhan limanından daşınması bərpa edilib. Bu barədə BP Azərbaycan şirkəti xəbər verir.
"Bu gün günortadan sonra BTC terminallarında Azərbaycan neftinin tankerlərə yüklənməsi bərpa edilib", - BP-Azərbaycan şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.
Bazar ertəsi Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlər nəticəsində Türkiyənin Aralıq dənizi sahillərində yerləşən terminal neft daşımalarını dayandırmışdı.
Azərbaycandan nefti Bakı-Tbilisi Ceyhan kəməri ilə Cehan terminalına çatdırılır və oradan tankerlərlə dünya bazarına daşınır.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























