Əmanətlərin Sığorta Fondu "qanuni oğru"dur - Əkrəm Həsənov

Bankçılıq üzrə ekspert,hüquqşünas Əkrəm Həsənov Əmanətlərin Sığortalanması Fondunu "qanuni oğru" adlanıdırıb. Bu barədə hüquqşünas öz sosial hesabında paylaşım edərək bildirib.
"Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru bir az əvvəl ləğv prosesində olan "AG Bank"ın Kreditorlar Komitəsinin açıq iclasının keçirilməsinə imkan vermədi. Üstümüzə polis tökdü! Niyə? Çünki bu Fond "qanuni oğru"dur. Qanun ona müflis bankları idarə edib kreditorların pulunu qaytarmağı tapşırıb, o isə sırf şəxsi mənfəətlər naminə çalışıb talanla məşğuldur. Buna görə də şəffaf deyil! Ləğv prosesində olan bütün 21 bankın kreditorlarına müraciət edir birləşməyə çağırıram. Qurultay keçirib Prezidentə müraciət edək ki, vəzifəyə kimi təyin etdiyini bilsin. Prezident ölkədə investisiya mühitini yaxşılaşdırmaq istəyir, belələri isə bunun əksinə gedir. Kreditorların hüquqları qorunmayan ölkədə iqtisadi inkişaf ola bilməz, yalnız belələrinin şəxsi varlanması ola bilər", - Həsənov facebook hesabında yazıb.
Ekspert onu da qeyd edib ki, polis nəzarəti altında iclas keçirilməsi mümkün olmadığına görə iclaslar və qurultay başqa yerdə keçiriləcək.
Məsələ ilə bağlı Fondun mövqeyini öyrənmək istəsək də, Fondun rəsmi saytında yerləşdirilən əlaqə nömrələrinin heç biri cavab vermədi.
Əmanətlərin Sığorta Fondunun mövqeyi olduğu təqdirdə işıqlandırmağa hazırıq.
Əmanətlərin Sığorta Fondu 2007-ci il prezident İlham Əliyevin fərmanı ilə yaradılıb. Fondun yaradılmasında məqsəd banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycanda maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.
2020-ci il prezidentin sərəncamı ilə Tural Piriyev Fondun icraçı direktoru təyin olunub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























