• $
  • €
  • ₽
  • ₺
  • £

Banklar xarici valyutanın nağd alqı-satqısı əməliyyatlarını artırıb

Banklar xarici valyutanın  nağd  alqı-satqısı əməliyyatlarını  artırıb
16.02.2023 19:48
2022-ci ildə Azərbaycanda banklar ümumilikdə 5,1 milyard ABŞ dolları məbləğində nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar həyata keçirib ki, bu da 2021-ci illə müqayisədə 27% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verib. 

"Hesabat dövründə bankların nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlarının həcmi 5,1 milyard dollar təşkil edib ki, bunun da 85,7 faizi ABŞ dollarının payına düşüb", - Mərkəzi Bankdan bildirilib.

Eyni zamanda, 2022-ci ilin birinci rübündə belə əməliyyatların həcmi 1,2 milyard dollar, ikincidə 1,4 milyard dollar, üçüncüdə 1,3 milyard dollar, dördüncü rübdə 1,2 milyard dollar təşkil edib.

Mərkəzi Bank qeyd edib ki, apreldən 2022-ci ilin sonunadək valyuta alışının satışdan çox olması səbəbindən valyuta satışı 2021-ci illə müqayisədə 5 dəfə azalıb.

Mərkəzi Bank vurğulayıb ki, 2022-ci il üçün Azərbaycanda nağdsız valyuta bazarının həcmi 31,7 milyard dollar təşkil edib (2021-ci illə müqayisədə 13,9% artım).
 
"Valyuta bazarında aparılan əməliyyatların 83,4 faizi dolların, 16,6 faizi isə digər valyutaların payına düşüb", - AMB bildirilib.

Mərkəzi Bankdan verilən məlumata görə, nağdsız valyuta əməliyyatlarının 28,6 faizi banklararası valyuta bazarında, 71,4 faizi isə bankdaxili valyuta bazarında aparılıb.

2022-ci il ərzində banklararası valyuta bazarında əməliyyatların 99,1%-i ABŞ dolları ilə aparılan əməliyyatların payına düşüb. 
 
"Hesabat dövründə əməliyyatların həcmi 2021-ci illə müqayisədə 9,6% artaraq 9 milyard dollar ekvivalentində olub. Banklararası valyuta bazarında valyuta əməliyyatlarının dövriyyəsi əsasən Bloomberg platformasında aparılan əməliyyatlar hesabına formalaşıb”, - bank qeyd edib.

Bankdaxili valyuta bazarında aparılan valyuta əməliyyatlarının həcmi 22,6 milyard ABŞ dolları ( +15,8%) ekvivalentində olub ki, bunun da 77,1% ABŞ dolları ilə aparılıb. Bankdaxili valyuta bazarında aparılan valyuta əməliyyatlarının 93,2% hüquqi şəxslərlə aparılan əməliyyatların payına düşüb.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol