Azərbaycana pul köçürmələri 3 dəfə artıb

2022-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi ilkin hesablamalara görə 3,4 milyard dollar təşkil edib ki bu da keçən ilin göstəricisindən 3 dəfə çoxdur. Bu Barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.
"2022-ci ildə Azərbaycana daxil olan pul köçürmələrinin həcmi, ilkin hesablamalara görə, 2021-ci illə müqayisədə 3 dəfə artaraq 3,4 milyard dollar təşkil edib", - AMB bildirib.
2021-ci ildə fiziki şəxslərin Azərbaycana pul köçürmələri 1 milyard 133,391 milyon dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 3,6% çoxdur.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























