AYİB Azərbaycanın ÜDM artımını 2,6% proqnozlaşdırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Azərbaycanın ÜDM artımını 2,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə cümə axşamı bankın saytında dərc edilmiş hesabatda deyilir.
Hesabata görə, AYİB 2024-cü ildə Azərbaycanın ÜDM artımını 2,7% səviyyəsində proqnozlaşdırır.
Beləliklə, 2023-2024-cü illərdə Azərbaycanın ÜDM-in orta illik artım tempi ildə 2,6% proqnozlaşdırılır.
AYİB-in hesablamalarına görə, 2023-2024-cü illər üçün Gürcüstanın ÜDM artımı müvafiq olaraq 5% və 5,3%, Ermənistanda 4% və 4,8% səviyyəsində proqnozlaşdırılır.
2022-ci ildə Azərbaycanda ÜDM artımı 4,6% təşkil edib.
Azərbaycanın İqtisadiyyat Nazirliyi 2023-cü il üçün ÜDM artımını 2,7%, 2024-cü il üçün 4,2% səviyyəsində proqnozlaşdırır.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























