• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzər regionu hidrogenin istehsalı mərkəzinə çevrilə bilər

Xəzər regionu hidrogenin istehsalı mərkəzinə çevrilə bilər
17.02.2023 18:54
Xəzər regionu "yaşıl” və digər hidrogen növlərinin istehsalı üçün böyük potensiala malikdir. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Harri Cons bildirib.

"Ümumiyyətlə, enerji keçidinin hidrogen - yaşıl və onun digər növlərinin istehsalı kimi prioritet istiqamətlərindən danışsaq, Xəzər regionunun bütün növlərin istehsalı mərkəzinə çevrilmək üçün çox böyük imkanları var",  - Cons  cümə günü mətbuat konfransında deyib.

O qeyd edib ki, BP Azərbaycanda olmasından və ölkədə görülən işlərdən "çox məmnundur”.

BP-nin regional prezidenti əlavə edib ki, şirkət hazırda Cəbrayıl rayonunda  günəş elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsində Azərbaycan hökuməti və "Azərenerji” ASC ilə sıx əməkdaşlığı davam etdirir.

"O cümlədən, Cəbrayıl rayonunda tikiləcək günəş elektrik stansiyasının virtual fəaliyyətinin təşkili məsələsi müzakirə olunur. Söhbət bu stansiyada istehsal olunacaq elektrik enerjisinin virtual ötürülməsindən gedir. Yəni biz elektrik enerjisini Cəbrayıldakı stansiyada istehsal edəcəyik, onu da Abşeronda obyektlərimizdən birinin yaxınlığında alacağıq - planlarımıza uyğun olaraq bu, Səngəçal terminalı olacaq - və biz onun yalnız elektrik enerjisi ilə işləməsini təmin edəcəyik. Bu halda, hazırda elektrik enerjisi istehsalı və təchizatı üçün istifadə etdiyimiz buraxılan qaz başqa məqsədlərə yönəldilə bilər”, - Cons bildirib.

"Beləliklə, davam edən iş və səylərdən aydın olur ki, yaxın 30 ildə real enerji keçidi başlayacaq", - o əlavə edib.

BP-nin Xəzər və Yaxın Şərq regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bir müddət əvvəl bildirmişdi ki, BP Azərbaycan hökuməti ilə 2023-cü ildə "Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi üçün yekun investisiya sazişi imzalayacaq. Cəbrayıl rayonunda 240 MVt gücündə stansiya tikiləcək. 
 
Onun sözlərinə görə, əsas kommersiya məsələləri faktiki həll olunub, məsələnin texniki tədqiqi də başa çatıb. ANAMA tərəfindən potensial ərazinin  təmizlənməsi üzrə işlər aparılır.

Bundan əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazova istinadən məlumat verilib ki, Azərbaycanın Cəbrayıl rayonunda "Şəfəq” günəş elektrik stansiyasının tikintisinə 2023-cü ildə başlanacaq, onun istismara verilməsi isə 2024-cü ildə baş tutacaq. Günəş elektrik stansiyasının ildə 500 kVt/saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir.

2021-ci il iyunun 3-də Azərbaycanın Energetika Nazirliyi ilə BP şirkəti arasında Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında İcra Sazişi imzalanıb. Layihəyə investisiyalar 200 milyon dollar həcmində qiymətləndirilir.

Saziş çərçivəsində əməkdaşlığa günəş enerjisi layihəsinin texniki və kommersiya qiymətləndirilməsi, stansiyanın dizaynı, maliyyələşdirmənin təmin edilməsi və yekun investisiya qərarının verilməsi daxildir.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol