• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın sənaye istehsalı azalıb - RƏSMİ

Azərbaycanın sənaye istehsalı azalıb - RƏSMİ
14.03.2023 14:50
2023-cü ilin iki ayında 12,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azdır. Bu barədə Statistika Komitəsində məlumat yayılıb.

Bildilir ki, neft-qaz sektorunda məhsul istehsalı 3,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,8 faiz artıb.
 
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 0,9 faiz artım müşahidə olunub.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,9 faiz artmışdır.
 
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ildə 86 mlrd. manatlıq və ya 2021-ci illə müqayisədə 1,1% az sənaye məhsulu istehsal edilib.

Məlumata görə, sənaye məhsulunun 75,4%-i mədənçıxarma sektorunda, 20,6%-i emal sektorunda, 3,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
 
Aytac 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol