Azərbaycanda bankların kapitalına daxilolmalar 3,9 dəfə artıb

2022-ci ildə Azərbaycanda bankların nizamnamə kapitalına daxilolmalar 58,6 milyon manat təşkil edib. Bu barədə Mərkəzi BAnk məlumat verib.
2021-ci ildə bank səhmdarları tərəfindən kredit təşkilatlarına 15 milyon manat səviyyəsində kapital qoyuluşu həyata keçirilib. Beləliklə 2022-ci ildə Azərbaycanda bankların kapitalına daxilolmalar 3,9 dəfə artıb.
Ümumilikdə, 2023-cü il yanvarın 1-nə Azərbaycanın bank sisteminin kapitalı 5 milyard 622 milyon manat qiymətləndirilir ki, bu da 2022-ci ildən 13,1% artım deməkdir.
Azərbaycanda 25 bank fəaliyyət göstərir.
Azərbaycan Respublikasının bank sistemi maliyyə bazarlarına nəzarət orqanı olan Azərbaycan Respublikasının Mərkəzi Bankından və kredit təşkilatlarından ibarətdir.
Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.
Mərkəzi Bank bankların, filialların, şöbələrin və nümayəndəliklərin ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edir.

N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır