2024-2025-ci illər üzrə Azərbaycanda səhiyyə ilə bağlı prioritetlər müəyyənləşdirilib

Bu il Azərbaycanda ilk dəfə Ölkə Əməkdaşlıq Strategiyası yaradılacaq.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, Azərbaycanda səhiyyə ilə bağlı planlaşdırılan işlər iki illik olur və onları burada çalışdıqları qurumlarla müəyyənləşdirirlər:
Bir neçə ay öncə Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə 2024-2025-ci illər üzrə Azərbaycanda səhiyyə ilə bağlı prioritet məsələləri müəyyənləşdirmişik. Bununla yanaşı bu il Azərbaycanda ilk dəfə Ölkə Əməkdaşlıq Strategiyasının yaradılması qərara alınıb. Bu, 5-10 illik hədəfi müəyyənləşdirmək üçün atılmış addımdır. Bu istiqamətdə işlərə bu il başlanılacaq.
Bəzi problemlər üçün uzunmüddətli planlar lazımdır ki, biz də bu ildən Azərbaycanda buna başlayırıq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























