• $
  • €
  • ₽
  • ₺
  • £

Energetika Nazirliyi martda OPEC+ sazişi üzrə öhdəliklərin artıqlaması ilə yerinə yetirib

Energetika Nazirliyi martda OPEC+ sazişi üzrə öhdəliklərin artıqlaması ilə yerinə yetirib
13.04.2023 15:28
Martda Azərbaycan OPEC+ sazişi çərçivəsində neft hasilatının azaldılması üzrə öhdəliklərini artıqlaması ilə yerinə yetirib. Bu barədə Energetika Nazirliyindən bildirilib. 

"Martda Azərbaycanda gündəlik neft hasilatı 515 min barel təşkil edib. OPEC+ əməkdaşlığı çərçivəsində Azərbaycanın mart ayında neft hasilatı kvotası sutkada 684 min barel səviyyəsində müəyyən edilib", - məlumatda deyilir. Bununla da respublika üzərinə götürdüyü öhdəlikləri üstələyib.

Energetika Nazirliyinin məlumatına görə, martda Azərbaycanda neft hasilatının ümumi həcmi kondensatla birlikdə sutkada 632 min barel, kondensat isə 117 min barel təşkil edib.
 
"Azərbaycan 2016-ci ildən "OPEC plus” -a qoşulub. Daimi iştirak edərək verilən bütün qərarları dəstəkləyib. Düşünürəm ki, oktyabrda veriləcək bütün qərarları da dəstəkləyəcək. Mətbuata sızan ilkin məlumata görə hasilatın bir ay əvvəlki ilə müqayisədə azaldılması müzakirə olunacaq. Sentyabrda da 1000 barel hasilatın azaldılması ilə bağlı qərar qəbul olunub. Reuterin yazdığına görə oktyabrda isə noyabrın 1-dən sonrakı tarix üçün 500 000 bareldən yuxarı həcmlərin azaldılması müzakirə obyekti olacaq", - ekspert bildirib.
 
"OPEC plus” un iclası COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin martından bəri ilk dəfə oflayn rejimdə keçiriləcək. Azərbaycan "OPEC plus” razılaşmasının 2016-ci ildən iştirakçısıdır.
 
Neft İxrac Edən Ölkələr Təşkilatı və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.


Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (19751994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub.


Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var. (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela).

Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla "OPEC plus” formatında sıx əməkdaşlıq edir. "OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol