Bank rəsmisi: Gələcəkdə inkassasiya prosesi robotla həyata keçirilə bilər

Gələcəkdə Azərbaycanın bank sektorunda inkassasiya prosesi (pul daşınması xidməti) robotların iştirakı ilə həyata keçirilə bilər.
Bunu İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Texnologiyaları: IV Sənaye İnqilabının Texnologiyaları və Bulud Həlləri” mövzusunda Bakıda keçirilən tədbirdə "Kapital Bank” ASC-nin Təhlil və koordinasiya şöbəsinin müdiri Turqut Abdullayev bildirib.
"Bu, "chat” sistemində verilən avtomatik cavablar kimi olacaq. Yeni robot məlumatları insan kimi emal edə biləcək”.
Bundan başqa, bank rəsmisi deyib ki, bankomatların (ATM) nağd pula əlçatanlığını təmin etmək üçün süni intellektdən istifadə edilə bilər:
"Bankomatlarda çox pul saxlamaq riskdir. Çünki oğurluq hadisəsi baş verə bilər. Eyni zamanda, bankomatlarda nağd pulun lazımi qədər olmaması müştərilərin narazılığına səbəb ola bilər. Bu kimi çətinlikləri aradan qaldırmaq üçün biz süni intellekt və bulud texnologiyalarından istifadə edə bilərik”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























