Qayda pozuntularına görə 15 vəzifəli şəxs cərimələndi

Sənayedə və dağ-mədən işlərində texniki müayinələr zamanı müəyyən edilmiş 16 qayda pozuntusunda inzibati xətanın əlamətləri aşkar olunduğu üçün 1 hüquqi və 15 vəzifəli şəxsə qarşı inzibati xəta haqqında protokol tərtib edilib.
Bu barədə FHN-in 2023-cü ilin birinci rüb ərzində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinə dair hesabatında bildirilib.
Qeyd olunub ki, hesabat dövrü ərzində təhlükə potensiallı obyektlərdə istismar olunan 1894 qurğu və avadanlıq üzrə keçirilmiş texniki təhlükəsizlik ekspertizalarının rəyləri təsdiq olunub və həmin qurğu və avadanlıqlar texniki təhlükəsizlik serifikatları ilə təmin edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























