• $
  • €
  • ₽
  • ₺
  • £

İritonnajlı nəqliyyat vasitələrinin yük normasına dair yeni qaydalar açıqlandı

İritonnajlı nəqliyyat vasitələrinin yük normasına dair yeni qaydalar açıqlandı
17.03.2014 19:13
 Azərbaycanda iritonnajlı nəqliyyat vasitələrinin yük norması ilə bağlı yeni qərar qəbul olunub.Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası», «Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri» və «Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri»nin təsdiq edilməsi haqqında qərarına müvafiq dəyişikliklər edilənə qədər respublika daxili yükdaşımalarında avtonəqliyyat vasitələrinin ümumi kütləsi Nəqliyyat Nazirliyi ilə razılaşdırılıb. Bununla bağlı müəyyən edilən hədlərə əsasən, ikioxlu avtonəqliyyat vasitəsi ilə 18 tonadək, üçoxlu avtonəqliyyat vasitəsi ilə 30 tonadək (pnevmatik avadanlıqla təchiz olunmuş avtonəqliyyat vasitəsi ilə 27 tonadək), dördoxlu avtonəqliyyat vasitəsi ilə 40 tonadək, beşoxlu avtonəqliyyat vasitəsi ilə isə 44 tonadək yük daşınmasına icazə verilib. Xatırladaq ki, martın 14-dən etibarən Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə bu qərarın icrasına nəzarəti gücləndirib. Hər iki nazirlik yeni qərarla əlaqədar sürücüləri diqqətli olmağa çağırır. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol