• $
  • €
  • ₽
  • ₺
  • £

İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərin sayı açıqlanıb

İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərin sayı açıqlanıb
08.05.2023 11:25
2023- cü ilin yanvar-aprelində Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı təmin olunmuş müraciətlər üzrə 110 085 manat vəsait istehlakçılara geri qaytarılıb. Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli özünün tviter hesabında yazıb.

O bildirib ki, Dövlət Xidməti istehlakçıların 884 müraciətini təmin edib.

Bu dövrdə 15 205 manat məbləğində dəymiş ziyan ödənilib.
 
2022-ci ildə Dövlət Xidmətinə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı 4436 müraciət daxil olub.
 
Təmin edilmiş müraciətlər əsasında qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri tərəfindən istehlakçılara 318 min manat vəsait geri qaytarılıb, 20 min manatadək dəymiş zərər ödənilib.
 
İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə qoyulub.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol