Azərbaycanda sahibkarlığın inkişaf yolları araşdırılır

Azərbaycan prezidentinin «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərmanına uyğun olaraq artıq araşdırmalara başlanılıb.«APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən «Sahibkarlığın Azərbaycan iqtisadiyyatdakı rolu: nailiyyətlər və perspektivlər» tədbirində Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov bildirib.Onun sözlərinə görə, bu fərman sahibkarlığın inkişafına və ölkədə biznesin və sahibkarlığın inkişafına yardımçı olacaq: «Bu fərman ölkədə qeyri-neft sektorunun, sahibkarlığın sürətlə inkişafına yardım edəcək».N.Səfərov deyib ki, artıq bu fərmanın icrası məqsədi ilə təkliflər paketi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub: «Sənəd hazırlanarkən dünyanın qabaqcıl təcrübəsi nəzərə alınıb».ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























