• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan Məşhədə birbaşa aviareys açıla bilər

Bakıdan Məşhədə birbaşa aviareys açıla bilər
17.03.2014 09:13
İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti səfərin son günü İranın Xorasan Rəzavi vilayətinin paytaxtı Məşhəd şəhərində olublar. Vilayətin valisi Əli Rza Rəşidianla keçirilmiş görüşdə nazir K.Heydərov bildirib ki, Azərbaycan və İran xalqlarının mədəniyyət, din və tarixi ənənələr baxımından ortaq dəyərləri iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı zəmin təşkil edir. İqtisadiyyat, xüsusilə sərmayə sahəsində əlverişli şərait mövcuddur. O, İrana səfərinin və keçirdiyi görüşlərin məhsuldar olduğunu da diqqətə çatdırıb.Xorasan valisi Ə.R.Rəşidian da ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinin xalqlarımızın mənafeyinə uyğun olduğunu söyləyib. Keçən il 13 min azərbaycanlı zəvvarın Məşhəd şəhərini ziyarət etdiyini diqqətə çatdıran vali deyib ki, Məşhədlə Bakı arasında birbaşa uçuşların təşkili ziyarətə gələnlərin sayının artmasına müsbət təsir göstərər.Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov iştirak edib.//Anspress
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol