• $
  • €
  • ₽
  • ₺
  • £

Sənaye zonalarında istehsal olunan məhsulların həcmi açıqlanıb

Sənaye zonalarında istehsal olunan məhsulların həcmi açıqlanıb
15.05.2023 16:56
2023-cü ilin yanvar-aprelində Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərən müəssisələr 768 milyon manatlıq məhsul satıb ki, bu da illik müqayisədə 13 % çoxdur. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb.

Onun sözlərinə görə, sənaye zonalarında istehsal olunmuş məhsullar 55-dən çox ölkəyə ixrac edilib.
 
"İndiyə qədər ümumilikdə 9,6 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 3,1 milyard manatlıq hissəsi ixrac olunub”, - o əlavə edib.
 
İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında indiyədək ümumilikdə 8,8 milyard manatlıqdan çox məhsul istehsal edilib və həmin məhsulların 2,9 milyard manatlığı ixrac olunub.
 
2022-ci ildə isə sənaye zonalarının rezidentləri tərəfindən 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1,1 milyard manatlığı ixracın payına düşüb.
 
İndiyədək sahibkarklar tərəfindən sənaye zonalarına 6,47 milyard manatdan çox investisiya yatırılıb, 10300-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulub.
 
Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac olunub. 
 
Aytac Zeynalova


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol