• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kiçik banklar niyə bağlanır? - ŞƏRH

Azərbaycanda kiçik banklar niyə bağlanır? - ŞƏRH
17.05.2023 16:19
"Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Bu barədə Mərkəzi Bank məlumat yayıb. 
 
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir. Qeyd edilib ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır.
 
Millət vəkili Aydın Hüseynov bu tip bankların lisenziyasının  əlindən almasını düzgün addım hesab edir.

"Hər bir bankın əmanətçilər qarşısında öz öhdəlikləri var. Əgər bank əmanətçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilmirsə, hesab edirəm ki, Mərkəzi Bank bunu əvvəlcədən müəyyənləşdirməlidir. Çünki , öncədən artıq proqnozlaşdırmaq olur ki, bu bank defolt vəziyyətində ola bilər. Ona görə də daha əvvəl tədbir görülməlidir. Digər tərəfdən Mərkəzi Bankın bu bankların lisenziyasını əlindən alması düzgündür. Ona görə ki, banklar fəaliyyətini  bu qaydada davam etdirərsə, bu məsələ getdikcə daha da dərinləşə bilər. Əmanətlərin Sığortalanması Fondu əmanətin sığortalanmış hissəsini ödəyir. Problem adətən Sığortalanmış əmanətlərin sığortalanan hissəsindən çox olan məbləği ödəyərkən yaranır. Bu məbləğ həmin bankın geri qaytarılan kreditləri hesbına yaxud da onun əmlakının və nizamnamə kapitalına daxil olan aktivlərinin hesabına ödənməlidir”, - millət vəkili bildirib.


Maliyyə məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, bu cür xırda bankların bağlanmasının səbəbi Azərbaycanda mövcud olan inhisarlaşma ilə bağlıdır.
 
"2020-ci ildən bəri götürsək sığortalanmış əmanətçilərdə problem olmayıb. Yəni onların pulu Əmanətlərin Sığortalanması Fondu tərəfindən konpensasiya edilib.  Xatırladım ki, əmanətlərin sığortalanması üçün bir bankda bir nəfərin adına yüz min manatdan çox pul olmamalıdır və əgər pul manatladırsa onun faiz dərəcəsi 12%, xarici valyutadadırsa - 2,5%-i ötməməlidir. Əgər bu şərtlər varsa əmanətçidə heç bir problem yaranmır. Problem sahibkarlarla bağlıdır. Banklarda batan pullar bir qayda olaraq sahibkarların, şirkətlərin pullarıdır. Çünki, Əmanətlərin Sığortalanması Fondu vətəndaşların əmanətlərini ödəyir, sonra isə bankın əmlakını sataraq verdiyi kreditləri qaytarır. Daha sonra vətəndaşların əmanətinə sərf etdiyi pulu özünə götürür. Bundan sonra yerdə sahibkarların və şirkətlərin pulu qalır. Əmanətlərin Sığortalanması Fondu bu puları qaytarmalı olduğu halda bir qayda olaraq ya bu pulları qaytarmır, ya da çox az bir qismini qaytarır. Çünki, bu fond Azərbaycanın ən korrupsioner, qanunsuz, özbaşına fəaliyyət göstərən qurumlarından biridir. Bu kimi hallar Azərbaycanda inhisarlaşma meyillərini daha da gücləndirir. Çünki, bununla sahibkarları dolayısı yolla məcbur edirlər ki, onlar orta və kiçik banklardan çıxıb böyük banklara üz tutsunlar”, - ekspert bildirib.
 
Əmanətlərin Sığortalanması fondundan isə bildirdilər ki, fond müəyyən qanunvericilik əsasında çalışır və icraedici orqandır. Pul vəsaitləri ardıcıllıqla qaytarılır.
 
Azərbaycanda ən çox bank 2016-cı ildə bağlanıb. Həmin il "Atrabank”, "Bank of Azerbaijan”, "Bank Standard”, "Deka Bank”, "Gəncə Bank”, "Kredo Bank”, "Qafqaz İnkişaf Bankı”, "Para Bank”, "Texnika Bank”, "United Kredit Bank” və "Zamin Bank”-ın lisenziyaları ləğv edilib.  2017-ci ildə yalnız "Dəmir Bank” bağlanıb. 2020-ci il də 4 bank bağlanıb. Bunlar "AGBank”, "Amrah Bank”, "Atabank” və "NBC Bank”-dır.
 
Hazırda Azərbaycanda 25 bank fəaliyyət göstərir.
 
Eltac Nurullazadə

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol