• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın bölgələrində sənaye şəhərcikləri yaradılacaq

Azərbaycanın bölgələrində sənaye şəhərcikləri yaradılacaq
13.03.2014 17:33
Sənayeləşmə ili olan 2014-cü il uğurla başlayıb və artıq prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtda Mis Emalı Zavodu, «Azərsun» Sənaye Parkının ərazisində Yağ Emalı Zavodu, kağız və karton istehsalı kombinatı kimi iri sənaye müəssisələri açılıb.«APA-Economics»in məlumatına görə, bunu «Azərbaycan» qəzetinə müsahibəsində Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, hazırda 90-dan artıq sənaye müəssisəsinin tikintisi davam etdirilir və yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulur: «Son illər yaradılmış əlverişli biznes və investisiya mühiti ölkəmizdə iqtisadi fəallığın, o cümlədən sənayenin inkişafının başlıca şərtlərindən biri olub. Bu isə, öz növbəsində sənaye sahəsində də sahibkarlığın inkişafına əlverişli şərait yaradıb. Bütün qeyd olunanlarla bərabər, qarşıdakı illərdə beynəlxalq miqyasda qlobal rəqabətin güclənməsi, ölkənin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara söykənən yüksək əlavə dəyər yaradan sənaye sahələrinin inkişafının daha da sürətləndirilməsini zəruri edir». Nazir qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkında iki rezident qeydiyyata alınıb: «Eləcə də, Gəncə və Mingəçevir şəhərlərində, Bakının Qaradağ rayonunda da müasir sənaye şəhərciklərinin yaradılması nəzərdə tutulur». Ş.Mustafayev deyib ki, yerli təbii və iqtisadi resurslara əsaslanan müəssisələrin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi, ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal sahələrin fəaliyyətə başlaması, sənaye parklarının, sənaye məhəllələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi innovasiyalar əsasında sənayenin inkişafını, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsini təmin edəcək. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol