Azərbaycan və Polşa enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanla Polşa arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Bu barədə Energetika Nazirliyindən bildirilib.
Məlumata görə, energetika naziri Pərviz Şahbazov ilə "PKN Orlen” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Daniel Obaytek arasında görüş olub.
Görüşdə "PKN Orlen” Şirkətlər Qrupunun fəaliyyət istiqamətləri, xam neftin tədarükü üzrə SOCAR ilə mövcud əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. "PKN Orlen” Şirkətlər Qrupunun Azərbaycan ilə müxtəlif sahələrdə geniş əməkdaşlığa marağı ifadə edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























