SOCAR-ın prezidenti OPEC-in baş katibi ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf OPEC-in baş katibi Haysam Əl-Qays ilə görüşüb.
SOCAR-dan verilən məlumata görə, görüşdə Azərbaycan ilə OPEC arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışı ilə yaradılan "OPEC+” formatının strateji əhəmiyyət daşıdığı, bu xüsusda neft bazarlarının tənzimlənməsinə, tələb və təklif arasındakı balansın təmin edilməsinə dəyərli töhfə verdiyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qlobal neft bazarlarının mövcud vəziyyəti və gələcək proqnozlar, SOCAR ilə OPEC arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























