• $
  • €
  • ₽
  • ₺
  • £

ÜTT-ə daxil olmaq üçün Azərbaycan korrupsiya ilə mübarizəni genişləndirməlidir - EKSPERT

ÜTT-ə daxil olmaq üçün Azərbaycan korrupsiya ilə mübarizəni genişləndirməlidir - EKSPERT
10.07.2023 16:24
Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması üzrə işçi qrupunun növbəti, 15-ci iclası keçirilib. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında beynəlxalq ticarətə inteqrasiya üçün qanunvericilik sahəsində aparılan islahatlar, ölkənin sosial-iqtisadi prioritetləri, ticarətin inkişafı, ticarətin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən, mikroiqlim və ÜTT-yə daxil olmaq üçün görülən işlər barədə məlumat verib. 
 
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olma prosesi tədricən həyata keçirilməli və yerli sahibkarların mənafeyi nəzərə alınmalıdır. Bunu iqtisadçı-ekspert Rəşad Hüseyn bildirib.
 
İqtisadçı Rəşad Hüseyn bildirir ki, Azərbaycanda iqtisadiyyatın liberallaşması üçün Rəqabət Məcəlləsinin qəbul olunması lazımdır.
 
"Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün Azərbaycan 1990-cı ildən bu günə qədər təşkilatla danışıqlar aparır. 160-dan çox bu təşkilatın üzvü var. Bura üzv olmaq üçün bir sıra tələblər var ki onları yerinə yetirmək mütləqdir. Həmçinin üzv olmaq üçün yerli təşkilatların, biznes subyektlərinin mənafeləri qorunmalıdır. Həmçinin paralel olaraq Azərbaycan ölkə daxilində korrupsiya üzrə mübarizəni genişləndirməli və iqtisadiyyatın liberallaşdırılması, rəqabət imkanlarının genişləndirilməsi istiqamətində böyük addımlar atmalıdır. Təbii ki, bu addımlar atılır və nailiyyətlər də əldə olunur. Əsas məsələlərdən biri odur ki, ölkədə rəqabət məcəlləsi qəbul edilməlidir. Rəqabət məcəlləsi qəbul olunarsa, kiçik sahibkarlar üçün daha yeni imkanlar açılacaq.  Bu da iqtisadiyyatın liberallaşdırılması istiqamətində mühüm addım olacaq. İqtisadiyyatın şaxələndirilməsi də mühüm məsələdir. Təkcə neft sektorunda deyil, qeyri neft sektorunda da buna diqqət yetirilməlidir. Biz region ölkələrinə baxdıqda görürük ki, ən bahalı valyuta Azərbaycan valyutasıdır. Azərbaycan valyutası da bahalı olduğuna görə, ucuz mal istehsal edib qonşu ölkələrə sata bilmirik. Bu baxımdan Azərbaycanın bu təşkilata qoşulması çox önəmli məsələdir", - o bildirib.
 
İqtisadçının sözlərinə görə, Ümumdünya Ticarət Təşkilatına qoşulmaq Azərbaycana bir sıra imkanlar yarada bilər.
 
"Bu təşkilata qoşulduqdan sonra burada xüsusilə qeyd olunmalı olan Çin faktoru var. Bunun önəmi ondan ibarətdir ki, əgər Azərbaycan təşkilata üzv olarsa, Çin güzəştli tariflər tətbiq edə bilər. Bu Azərbaycan üzərindən keçməklə ölkəyə  gələn tranzit gəlir vergisinin artması ilə nəticələnəcək, həmçinin iri biznes subyektlərinin Azərbaycan üzərindən daha sərfəli ticarət əlaqələri qurmasına kömək etmiş olacaq. Həmçinin bu, ölkəyə idxal olunan məhsullarında qiymətlərinin aşağı düşməsinə səbəb olacaq. Bu bizə imkan verəcək ki, Avropa ölkələri ilə qeyri-neft sektoru sahəsində ticarət əlaqələri inkişaf etsin. ÜTT-ə üzv olan ölkələrə diqqət yetirsək görərik ki, Azərbaycan bu ölkələrin əksəriyyəti ilə ayrı-ayrılıqda müəyyən ticarət sazişləri imzalayıb və müxtəlif istiqamətlərdə onlarla əlaqələri mövcuddur. Lakin, bunun kompleks şəkildə olması, ümumi beynəlxalq standartlara uyğun olaraq standart tariflərlə tənzimlənməsi ölkə üçün daha səmərəli olacaq. Bu da biznesin şaxələndirilməsi, ticarət əlaqələrinin inkişaf etməsi  və sənaye ölkələri geniş əlaqələrin qurulması üçün bizə yeni imkanlar yaradacaq. ÜTT-na üzv olmaq tədriclə olmalıdır və yerli sahibkarların mənafeyi nəzərə alınmalıdır. Təşkilata üzv olduqdan sonra mövcud olan tələbləri yerinə yetirmək məcburiyyətində qaldıqda, Azərbaycanda biznes subyektləri ucuz mal təklif edən xarici investorların qarşısında çıxılmaz vəziyyətdə qalacaq. Ona görə də öncə öz biznes subyektlərimizi dövlətin maraqlarına uyğun olaraq qorumalı və  Daha sonra isə tədriclə ÜTT-na inteqrasiya etmək daha məqsədəuyğundur", - ekspert vurğulayıb. 

Eltac Nurullazadə

 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol