• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yeni hava limanı açılır

Bakıda yeni hava limanı açılır
08.03.2014 10:55
"Azərbaycan Hava Yolları" QSC 2014-cü ilin mart ayında Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksinin sınaq rejimində istismara verilməsinə başlamağı planlaşdırır. Bunu Trend-ə QSC-dəki mənbə deyib.Onun sözlərinə görə, indiki halda söhbət yeni kompleksin yalnız bir sahəsindən gedir: "Test işlərinin aparılması üçün həmin sahəyə daxili aviareyslər həyata keçiriləcək. Martın ortalarında yeni binanın sahələrindən birini işə salmaq planlaşdırılır. Həmin sahə yerli istiqamətlər, xüsusilə Naxçıvan Muxtar Respublikası üzrə təyyarələrin göndərilməsinə görə cavabdeh olacaq".Mənbə qeyd edib ki, bu, bütün sistemləri sınaqdan keçirməyə və yeni obyektin istismara tam hazır olmasını müəyyənləşdirməyə imkan verəcək.Mənbə daha əvvəl bildirmişdi ki, yeni aerovağzal kompleksi 2014-cü ilin yazında istismara verilə bilər.Yeni aeroport üç milyon sərnişinə xidmət edəcək. Kompleksin sahəsi 58 min kvadratmetr təşkil edəcək. Yeni təyyarə vağzalının dördmərtəbəli binası üçbucaq formasında olacaq. Yeni terminalın binasında 18 eskalator və 20 sərnişin lifti quraşdırılacaq. Burada beynəlxalq aviasiyada istifadə edilən ən son elmi-texniki nailiyyətlər tətbiq ediləcək.Yeni təyyarə vağzalında sərnişinlərə xidmət ən yüksək beynəlxalq standartlara uyğun təşkil ediləcək.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol