• $
  • €
  • ₽
  • ₺
  • £

«Azəryolservis» ASC: Ağsu aşırımında avtomobil yolu yenidən tikilməlidir

«Azəryolservis» ASC: Ağsu aşırımında avtomobil yolu yenidən tikilməlidir
07.03.2014 19:07
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində yenidən torpaq sürüşməsi prosesləri aktivləşib.Bəzi yerlərdə torpaq uçqunu və asfalt yolda iri ölçüdə çatlar yaranıb. Sürüşmə Ağsu aşırımının bir neçə yerində müşahidə olunur. Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev «APA-Economics»ə açıqlamasında bildirib ki, ərazidəki yoldan keçən ağır tonnajlı nəqliyyat vasitələri, eləcə də orada fəaliyyət göstərən ictimai iaşə obyektlərinin kommunikasiya xətlərinin olmaması aktiv sürüşmə zonasını daha da sərtləşdirir. Onun sözlərinə görə, kommunikasiya xətlərinin olmaması həmin obyektlərin tullantı sularını birbaşa yamaca axıtmasına səbəb olur. Şirkətin rəsmisi deyib ki, bu problemin qarşısını almaq üçün qısa məsafələrdə yol çəkilib, bərkitmə işləri aparılıb: «Lakin bu, problemi həll etmir. Problemin həlli üçün əsaslı işlər görülməlidir. Həmin yol sökülüb, yenidən tikilməlidir ki, bunun üçün də yeni layihə hazırlanmalıdır. Ağsu aşırımı sürüşmə zonası olduğundan orada süxurların xarakterinə uyğun olaraq geoloji-axtarış işləri aparılmalıdır. Bundan sonra isə həmin işin əsasında yeni yolun layihəsi işlənməlidir. Məndə olan məlumata görə, həmin əraziyə müasir cihazlar aparılıb və oradakı vəziyyət öyrənilir». P.Mürsəliyev qeyd edib ki, bu problemin həlli üçün ölkə hökuməti səviyyəsində qərarın veriləcəyi gözlənilir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol