• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana aviasiya təhlükəsizliyi sahəsində 1-ci dərəcə reytinqi verildi

Azərbaycana aviasiya təhlükəsizliyi sahəsində 1-ci dərəcə reytinqi verildi
07.03.2014 17:57
Beynəlxalq Aviasiya Təhlükəsizliyinin Qiymətləndirilməsindən sonra ABŞ Federal Mülki Aviasiya İdarəsi (FMAİ) tərəfindən aviasiya təhlükəsizliyi sahəsində Azərbaycana 1-ci dərəcə verilib.APA-Economics xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu təsnifat Azərbaycanın aviasiya şirkətlərinə Birləşmiş Ştatlara birbaşa uçuşların həyata keçirilməsinə icazə verəcək ki, bu da ölkələrimiz arasında turizmin və yük ticarətinin inkişafını dəstəkləyəcək.FMAİ müəyyən edib ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası (ARDMAA) Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv ölkə olaraq üzərinə götürdüyü bütün səkkiz həlledici element üzrə təhlükəsizliyə nəzarət öhdəliklərini effektiv şəkildə yerinə yetirir. Bu, FMAİ-in Texniki Təhlil missiyası tərəfindən 2013-cü ilin oktyabr ayında Azərbaycanda həyata keçirilmiş qiymətləndirmə və ARDMAA tərəfindən əldə olunmuş tərəqqinin nəzərdən keçirilməsi məqsədilə ARDMAA ilə birlikdə 2013-cü ilin dekabrında və 2014-cü ilin yanvarında aparılmış hərtərəfli texniki müzakirələrdən sonra müəyyən edilib. ABŞ-ın Ticarət və İnkişaf Agentliyi 1-ci dərəcə reytinqinin alınmasına səbəb olmuş aviasiya təhlükəsizliyinə nəzarət sahəsində təkmilləşdirilmələrin həyata keçirilməsində ARDMAA-ın fəaliyyətinə töhfə verməkdən məmnunluğunu bildirib. Xüsusilə aviasiya sahəsində texniki yardımın iki mərhələsini maliyyələşdirməklə ABŞ hökuməti aviasiya sisteminə nəzarət sahəsində beynəlxalq standartların tələblərinə cavab verilməsində ARDMAA-ya köməklik göstərməkdə maraqlı olduğunu nümayiş etdirib:“Biz bu təsnifatın əldə olunması istiqamətində ötən bir neçə il ərzində göstərdiyi əzmkar fəaliyyətə, peşəkarlığa və fədakarlığa görə Azərbaycan hökumətini təbrik edirik. ABŞ hökuməti mülki aviasiya sahəsində Azərbaycanla əməkdaşlığını davam etdirəcəyinə ümid edir”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol