Dövlət provayderinin istifadəçilərinə haker hücumu olub

"Aztelekom" dövlət internet provayderinin istifadəçiləri hakerlərin hucumu nəticəsində internetə çıxışda problemlərlə üzləşiblər. Bunu Trend-ə "Aztelekom" İstehsalat Birliyindən məlumat veriblər.İB-dən deyiblər ki, problemə səbəb TP-LINK istifadəçi modemləri olub: "Bu modemlərin qorunma gücü zəif olduğuna görə hakerlər qanunsuz olaraq istifadəçilərin qurğularına çıxış əldə edə və internet şəbəkəsinə daxil olmağı məhdudlaşdıra bilərlər"."AztelekomNet" problemi aradan qaldırmaq üçün səhifəsində ADSL-modemlərin tənzimlənməsi ilə bağlı videoməlumat yerləşdirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























