• $
  • €
  • ₽
  • ₺
  • £

ABB mobile-da daha bir vacib məhsul!

ABB mobile-da daha bir vacib məhsul!
14.09.2023 12:38
ABB mobile tətbiqində daha bir məhsuldan faydalanmaq imkanı yaradılıb. İndi tətbiq üzərindən "Atəşgah” Sığorta Şirkətinin Kasko sığortası məhsulunu da cəmi bir neçə toxunuşla əldə etmək mümkündür. Bu, unikal bir məhsuldur. ABB mobile ölkəmizdə kasko sığortasını təqdim edən ilk bank tətbiqidir. Müştərilər tətbiq üzərindən istənilən risklərə və parametrlərə uyğun kasko məhsulu seçə bilərlər. 

Məlum olduğu kimi, Kasko sığorta avtomobil sahibləri üçün son dərəcə mühüm bir məhsuldur. Yol-nəqliyyat hadisəsi, atılmış, yaxud düşmüş əşya, üçüncü şəxslərin qanunazidd hərəkətləri, oğurluq və s. zamanı avtomobilə ziyan dəyərkən bu sığorta növü avtomobilə dəymiş zərərləri ödəyir. Zərərin ödənilməsi, müştərinin istəyinə əsasən ya avtomobilin təmir-bərpası, yaxud da müştərinin bank hesabına köçürmə yolu ilə həyata keçirilir.

ABB mobile tətbiqinin hər bir istifadəçisi tətbiqə daxil olmaqla bu imkandan çox asanlıqla faydalana bilər. Tətbiqdə «Avto+» və «Avto Extra» könüllü avtomobil sığortası məhsulları da aktivdir. Bu cür funksional həllərlə ABB mobile istifadəçilərin maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarını cəmi bir neçə toxunuşla və yüksək keyfiyyətlə təmin edən universal rəqəmsal platformaya çevrilir.

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol