• $
  • €
  • ₽
  • ₺
  • £

3 ildə Avropaya nə qədər qaz ixrac olub? - Statistika

3 ildə Avropaya nə qədər qaz ixrac olub? - Statistika
28.09.2023 09:36
Son 3 ildə  Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya ixrac edilən Azərbaycan qazının həcmi 27 milyard kubmetri ötüb. Bu barədə İnterkafs şirkətin açıqladığı rəqəmlərə istinadan yazıb. 
 
Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2023-cü ilin yeddi ayında Azərbaycan ən çox Türkiyəyə qaz ixrac edib. İxrac olunan qazın 42,1% Türkiyənin, 35,8% isə İtaliyanın payına düşüb.  
 
2023-cü ilin səkkiz ayında "Şahdəniz” yatağından Azərbaycan qazının ixracı 14 milyard 589,9 milyon kubmetr təşkil edib ki, bu da 2022-ci ilin 8 ayının göstəricisindən 8,4% çoxdur.
 
Sentyabrın 12-də energetika naziri Pərviz Şahbazov bildirib ki, 2023-cü ilin 8 ayında Azərbaycandan ixrac olunan qazın həcmi 7,6 milyard kubmetrə çatıb. 
 
Şahbazov bundan əvvəl, Bakı Enerji Forumunda çıxış edərək qeyd edib ki, Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi və Həmrəylik Halqası layihəsinin həyata keçirilməsi nəticəsində Azərbaycan qazını alan ölkələrin sayı 6-dan 10-a yüksələcək.


Nazir vurğulayıb ki, hazırda Azərbaycan əlavə qaz həcmlərinin əldə edilməsi üzərində işləyir və bununla bağlı bir neçə mənbə nəzərdən keçirilir.


"Əsas mənbə zəngin qaz ehtiyatlarıdır. Bizim çıxarıla bilən qaz ehtiyatlarımız 933 milyard kubmetr, təsdiq edilmiş 1,7 trilyon kubmetr, proqnozlaşdırılan təxminən 4 trilyon kubmetr həcmində qiymətləndirilir”, - o bildirib.


Şahbazovun sözlərinə görə, qısa və ortamüddətli perspektivdə Azərbaycanda bir sıra yeni yataqların, o cümlədən Abşeron, Qarabağ, Ümid-Babək (2-ci mərhələ) və Azəri-Çıraq-Dərin qaz anbarlarının istismara verilməsi planlaşdırılır. "Günəşli” yataqlar bloku "tərəfdaşlarımıza əlavə həcmdə qaz ixrac etməyə” imkan verəcək.

Forumda çıxış edən Avropa Komissiyasının (AK) nümayəndəsi Kristina Lobillo Borrero bildirib ki, 2022-ci ildə Azərbaycandan Avropaya qaz ixracı 40% artacaq.

"Azərbaycan Aİ-nin mühüm təbii qaz təchizatçılarından biridir", - o vurğulayıb.

Əvvəllər xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan qaz ixracını 18% artıraraq 22,3 milyard kubmetrə, Avropaya tədarük isə 11,4 milyard kubmetrə (+39%) çatıb.

Azərbaycan Avropaya qaz nəqlinə 2020-ci il dekabrın 31-dən başlayıb. 2021-ci ildə tədarükün həcmi 8 milyard kubmetri ötübsə, 2023-cü ildə təqribən 12 milyard kubmetr təşkil edəcək. 2027-ci ilə qədər tədarüklərin həcmi ildə ən azı 20 milyard kubmetrə çatacaq.


Hazırda Avropada Azərbaycan qazını İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya alır. Bundan əlavə, 2023-cü ilin sonuna qədər Azərbaycan qazı tədarük edə bilər.
 
Gülnar Nazimqızı 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol