• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Texnologiya Universitetində “Kapital Bank otağı” istifadəyə verildi

Azərbaycan Texnologiya Universitetində “Kapital Bank otağı” istifadəyə verildi
25.10.2023 15:50
Prioritet istiqamətlərindən biri də təhsilə dəstək olan ölkənin birinci bankı Kapital Bank Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirib. Əməkdaşlıq çərçivəsində İqtisadiyyat kafedrasının nəzdində "Kapital Bank otağı”nın açılışı baş tutub. Açılış mərasimində Kapital Bank-ın rəsmi nümayəndələri, Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən bankın İstedadların idarə edilməsi departamentinin direktor müavini Azadə Hacıyeva bildirib ki, "Biz Bakı şəhərində artıq bir neçə universitetdə dərs otaqlarının açılışını etmişik. Bu gün isə regionda ilk olaraq Gəncədə Azərbaycan Texnologiya Universitetində müasir texnoloji tələblərə uyğun olan "Kapital Bank otağı” tələbələrin istifadəsinə verilir. Biz düşünürük ki, innovativ, rəqəmsallaşan dünyada tələbələr peşəkar mütəxəssis olmaq üçün ən müasir yeniliklərlə dərsə cəlb olunmalı, öyrənməlidirlər. Bu otağın yaradılmasında da məqsəd tələbələrə səmərəli və faydalı öyrənmə şəraiti yartamaqdır”.
Bankın Pərakəndə satış departamentinin rəhbəri Məhəmməd İbrahimov isə çıxışında təhsilə dəstək yönümlü əməkdaşlıqları yüksək qiymətləndirib. O, bildirib ki, "Biz bu sahədə memorandumlar imzalayır, ali məktəblərlə əməkdaşlıq edir, təqaüd proqramları keçirir, tələbələrin bankda istehsalat təcrübəsi keçməsi üçün mümkün qədər şərait yaradırıq. Kapital Bank 5000 dən çox əməkdaşı ilə həm də sektorun ən böyük işəgötürən şirkətlərindən biridir. Bu imkandan yararlanan gənclər yaxın gələcəkdə ölkəmiz üçün faydalı, peşəkar mütəxəssislərə, eləcə də həmkarlarımıza çevriləcəklər. Biz böyük həyəcanla onları komandamızda gözləyirik”.

Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov isə bu təşəbbüs və dəstək üçün Kapital Bank rəhbərliyinə təşəkkürünü bildirib. "Yaşadığımız IV sənaye inqilabı dövründə təminatlı, müasir həllər təqdim edən hərtərəfli təhsil həm də əmək bazarı üçün peşəkar kadr hazırlığı deməkdir. "Kapital Bank otağı” bu istiqamətdə bizə geniş imkanlar yaradacaq”.

Daha sonra tədbir iştirakçıları 28 nəfərlik innovativ tədris otağı ilə tanış olublar. Ağıllı lövhə, müvafiq sayda notbuk və digər zəruri ofis avadanlıqları ilə tam təchiz edilən otaq tələbələr tərəfindən də maraqla qarşılanıb. Eyni zamanda ali məktəb və bank arasında gələcək layihələr müzakirə edilib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol