• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın “Data panel” tədbirinə qeydiyyat başladı

Kapital Bank-ın “Data panel” tədbirinə qeydiyyat başladı
05.12.2023 14:49
Xəbər verdiyimiz kimi Kapital Bank və "SUP.VC” şirkəti birlikdə müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı tədbirlər həyata keçirir. İl sonunadək davam edəcək  layihənin "Data panel” formatında baş tutacaq növbəti tədbirinə qeydiyyat başladı. 7 dekabr tarixində keçiriləcək tədbirdə 8 nəfərdən ibarət yerli və beynəlxalq ekspert qrupu iştirak edəcək. Panel formatlı tədbirdə iştirakçılar suallarla spikerlərə müraciət edə, tövsiyələr ala bilərlər.

İki paneldən ibarət tədbirdə dayanıqlı məlumat bazaları ilə bağlı "Ölçəklənən məlumat infrastrukturlarının qurulması”, "Maşın öyrənməsi və məlumat təhlili: imkanlar və çətinliklər” kimi müxtəlif mövzular müzakirə ediləcək.

Tədbirdə beynəlxalq ekspert qismində Kapital Bank-ın Data elmi üzrə eksperti, bank sahəsində strateji hədəflərə uyğun dataya əsaslanan layihələrin həyata keçirilməsində 8 ildən çox təcrübəyə malik Buğra Şən iştirak edəcək. O, təbii dil, təsvir və audio emalı, həmçinin "Churn”, "Propensity” və gəlir proqnozlaşdırılması modellərinin hazırlanmasını əhatə edən geniş spektrli layihələrin müəllifidir. 

Kapital Bank-ın Analitik Ekspert Mərkəzinin funksional lideri Nail Nəcəfov da spikerlər sırasındadır. O, biznes administrasiyası üzrə bakalavr və magistr təhsili alıb. Karyerası boyunca "Azərikard” MMC-də Hesablamalar üzrə şöbə müdiri, "AzerGold” QSC-də Büdcə və planlama şöbəsinin müdiri vəzifələrində çalışıb. 
Tədbirin daha bir spikeri Sadiq Məmmədov data sahəsində 8 ildən çox təcrübəyə sahibdir. O, "Bakcell” və "Azercell” kimi şirkətlərdə mühəndis və komanda lideri kimi çalışıb. Daha sonra fəaliyyətini PAŞA Holding-də davam etdirib. Hazırda Kapital Bank-ın Data Texnologiyaları Ekspert Mərkəzinin funksional lideridir.  

Rinat Maksutov  isə 10 il boyunca texnologiya konsultantı kimi "Accenture” və "BCG” kimi şirkətlərdə təcrübə qazanıb. Hazırda PAŞA Holding-də Data texnologiyaları şöbəsinin rəhbəri olaraq çalışır. 

Paneldə eyni zamanda "Azerconnect” MMC-nin Data proqramlar və məhsullar üzrə rəhbəri Vüsal Məmmədov, ADA Universitetinin İnformasiya Texnologiyaları və mühəndislik Fakültəsinin professoru Samir Rüstəmov, "Azerconnect” MMC-nin Məlumatların İdarə olunması və keyfiyyəti bölməsinin rəhbəri Aydın İsmayılov da spiker qismində iştirak edəcəklər. 

Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir: https://bit.ly/3N7b3pG. Qeydiyyat sayının məhdud olduğu layihə iştirakçılara böyük məlumatların yerləşdirilməsi və idarə olunması sahəsində yeni və maraqlı təcrübələrlə yanaşı, verilənlər bazası ilə məşğul olan mütəxəssislər və bu sahə ilə maraqlanan şəxslər arasında əlaqə və təcrübə mübadiləsi imkanı yaradır.

Tədbir 7 dekabr saat 19:00 da  Nizami 90A ünvanında yerləşən "The Landmark Hotel Baku-Rotunda Hall” da keçiriləcək. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol