Qarabağ və Şərqi Zəngəzurda potensial əkin sahəsi 160 min hektardır

Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində potensial əkin sahəsi 160 min hektara yaxın qiymətləndirilir. Bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
"Kosmik təsvirlərə görə, işğaldan azad edilmiş ərazilərdə ümumi potensial əkin sahəsi təxminən 160 min hektardır”, - Məmmədov çərşənbə axşamı jurnalistlərə bildirib.
O, həmçinin torpağın tərkibinin öyrənməyin vacib olduğunu vurğulayıb.
Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə əkin sahələri ilə bağlı torpaq islahatları son mərhələdədir.
Nazir əlavə edib ki, işğaldan azad edilən ərazilərdə bir neçə il əvvəl yağıntılı əkinlər (süni suvarmasız əkinlər) aparılıb, lakin onların nəticələri gözləniləndən aşağı olub.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























